Ev şəraitində meyvə suyu hazırlamağın yolları

ev-seraitinde-meyve-suyu-hazirlamagin-yollari
Oxunma sayı: 9366


Çünki evdə  hazırlanan  meyvə sularının qida dəyəri daha yüksək və daha ləzzətlidir. Bununla yanaşı içərisinə nələr qatacağınız da sizin əlinizdədir. 

“Qafqazinfo” yay aylarında evdə rahat hazırlanan reseptləri təqdim edir: 

Limonlu, zəncəfilli resept

Lazım olanlar: Bir ovuc üzüm, 1ədəd tumsuz və dilimlənmiş alma ,az miqdarda zəncəfil, cökə, limon, qazlı mineral su

Hazırlanması: Üzümləri saplarından ayırıb təmizləyin. Alma və zəncəfilin suyunu birlikdə çıxarın. Daha sonra cökə və limonun suyunu əlavə edin . Hazırladığınız qarışığı böyük  bir kasaya boşaldıb, mineral suyu əlavə edin. Artıq hazırdır. Süfrəyə buzla servis edə bilərsiniz.

Qarışıq meyvə suyu resepti

Bu meyvə suyu ilə günə gümrah başlayacaqsınız. İspanaq sizin günə başlamaq üçün lazım olan bütün enerjini, kök və çiyələk şirinliyi, almanın isə tarazlığı təmin edir.

Lazım olanlar:

3 böyük böyük çiyələk, 3 orta boy alma, 3 orta böyüklükdə kök (uzun və incə olanları seçin), 1 stəkan yuyulmuş təzə ispanaq (doğramağa etiyac yoxdur)

Hazırlanması: Alma, ispanaq, çiyələk və kökləri yaxşıca yuyun. Alma və çiyələkləri sapından və yarpaqları ayırın. 

Kökləri soyun və hamısının birlikdə suyunu çıxarın. İspanaqları alınan qarışımın içinə atın və hamısını qarışdırıb soyuducuya qoyun. Sərinlədikdən sonra servis edə bilərsiniz.

Zümrüd