Bakıda ölümlə nəticələnən yanğın hadisəsi qeydə alınıb.
“Qafqazinfo” FHN-nin saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Pirallahı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli, 3 otaqlı evin 2 otağı yanıb.
Yanğın kəşfiyyatı zamanı ev sahibi, 1941-ci il təvəllüdlü Aginin Oleq Dmitriyeviçin yanmış meyiti aşkar edilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər