İsmayıllı rayonunda 79 yaşlı qadın yanğında ölüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə gecə saat 12 radələrində baş verib. Rayonun Quşencə kəndində Savetxan Muradalıyevə məxsus 2 mərtəbəli ev yanıb.
Həmin evdə yaşayan arvadı, 1943-cü il təvəllüdlü Ruhəngiz Muradalıyeva yanaraq ölüb. S.Muradalıyevin isə bədəninin müəyyən hissəsi yanıb. Ev əşyaları ilə birgə tamamilə yanıb.
Faktla bağlı araşdırma aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər