Biləsuvar şəhərində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 62 m2 sahədə və dam örtüyü 60 m2 sahədə yanıb.
“Qafqazinfo”nun FHN-in saytına istinadən məlumatına görə, yanğın zamanı 1 azyaşlı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər