Qax rayonunda ev yanıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Alatəmir kəndində baş verib. Belə ki, 1977-ci il təvəllüdlü Tartarasvili Barda Platon oğluna məxsus ümumi sahəsi 160 km olan evin 130 km hissəsi tamamilə yanıb.
Hadisə yerinə Qax YMX-dən iki yanğınsöndürən maşın və şəxsi heyət cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Mübariz




Son xəbərlər
Son Xəbərlər