“Bu bir obrazdır. Görəsən, bu obrazın altında nələr yatır? Əl çəkin artistlikdən, özünüz olun, biz kimisə aldada bilərik. Amma Allahı aldatmaq heç ağlınıza gəlməsin”.
“Qafqazinfo”nun məlumatına görə, bu sözləri müğənni Nadir Qafarzadə sosial şəbəkədə yazıb.
Sənətçi instaqramda paylaşdığı fotoları tənqid edənlərə sərt cavab verib:
“Həyatda pislik edənlər, ev yıxanlar, işverənlik edənlər, onun-bunun işinə mane olanlar instagramda mələk kimi görünürlər. Bir çox bəzi savadsızlar və avamlar sizə inandı, bəs Allah? Ondan qorxmursunuz? Mənim sözümü anlayan anlayacaq, anlamayansa eşşək gəlib, eşşək də gedəcək."Mən Allaham” deməklə Allah olmur. Heç olmasa insan olun. Dediklərinin 10 faizini əməlində göstər.
Mən isə ömür boyu insanlardan qorxmuşam. Geyimə gəldikdə isə, burada çox məna var. Şərhə ehtiyac duymuram. Allah birdir və təkdir. Ondan qorxun. Bir gün əməllərinizin hesabını verəcəksiniz. Unutmayın, yalanlaşar bu yer üzü, aldatmayaq bir-birimizi”.

Son xəbərlər
Son Xəbərlər