Ev yiyəsini aldadıb içəri girdi, bıçaqladı

ev-yiyesini-aldadib-iceri-girdi-bicaqladi
Oxunma sayı: 1500

Bakıda mənzilə basqın edən şəxs ev yiyəsini bıçaqlayıb.

"Qafqazinfo" DİN-in saytına istinadən xəbər verir ki, iyulun 27-də Binəqədi rayonu ərazisində yaşayan İradə Hüseynovanın mənzilinə aldatma yolu ilə girmiş naməlum şəxs ona bıçaqla xəsarət yetirib oradan 110 manat pul aparıb. İ.Hüseynova xəstəxanaya yerləşdirilib.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə hadisənin Bakı şəhər sakini Samir Rəşidov tərəfindən törədilməsi müəyyən edilib.

Binəqədi Rayon Polis İdarəsi faktla bağlı əməliyyat-axtarış tədbirləri aparır.