156 Evakuasiya Şirkəti (http://evakuasiya.az/) 26 İyun - Silahlı Qüvvələr günü mübasibətilə ordumuza özünəməxsus şəkildə ehtiramını ifadə edir. Belə ki, şirkət əməkdaşları hərbi geyimlə vətəndaşlara xidmət göstərir.
“Qafqazinfo” xəbər verir ki, bununla yanaşı, evakuasiya avtomobillərinin üzərinə Azərbaycan bayrağı da yerləşdirilib. Şirkətin meneceri İlkin Məmmədov bildirib ki, xidmət edən əməkdaşlar hər zaman vətənpərvərlik ruhunun yüksək olması ilə seçilir. O, şirkətin belə təşəbbüs həyata keçirməkdə məqsədinin güclü ordumuza minnətdarlıq ifadə etmək və vətənpərvərlik ruhunu aşılamaq olduğunu vurğulayıb. İyunun 25-dən başlayan layihə 3 gün davam edəcək.
Son xəbərlər
Son Xəbərlər