Yüksək sürətlə hərəkət edən evakuatorun yedəyində 4 motosiklet və onların sürücü və sərnişinlərdən ibarət 5 nəfər var.
“Qafqazinfo” xezerxeber-ə istinadən xəbər verir ki, bu vəziyyəti Bakıda aeroport şossesində olan sürücülərdən biri mobil telefonla çəkib. Qəza işıqlarını yandıraraq hərəkətinə davam edən sürücü təxminən 15-20 kilometr gedir.
Heç bir təhlükəsizlik qaydasına əməl etməyən sürücünün hərəkəti yol hərəkəti haqda qanuna açıq aydın ziddir.
Ekspert Ərşad Hüseynov da sürücünün bu qaydada sərnişin aparmasını kobud qayda pozuntu adlandırır.
Son xəbərlər
Son Xəbərlər