Bəs bu halda maşınlara dəyən zərəri kim ödəməlidir?
“Qafqazinfo” Publika.Az-a istinadən xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun bildirdi ki, bütün qəzalarda maddi zərərlə bağlı tərəflər arasında narazılıq olmaması üçün ödəniş sığorta şirkəti tərəfindən edilir. Sürücüləri bir daha xəbərdar edirik ki, avtomobillərini sığortalatsınlar.
“Hadisə barədə ilk növbədə sənədləşdirmə aparılır. Qəzanın səhlənkarlıq, yük daşıma qaydalarının pozulması nəticəsində baş verməsi araşdırılır və müvafiq tədbir görülür. Dəymiş ziyan sığorta şirkəti tərəfindən ödənilir. Yol hərəkət qaydasını pozan sürücüyə qarşı da müvafiq tədbir görülür”.
V.Əsədov bildirdi ki, bu halların çox olmadığını bildirdi:
“Bu il yalnız bir belə hadisə baş verib. Evakuatora maşını qaldıran operatordakı nasazlıq səbəbindən qəza yaranıb”.
Xatırladaq ki, bu il aprelin 27-də Zivərbəy Əhmədbəyov küçəsində “Mersedes Gelandewagen” evakuatordan düşərək “Mitsubishi Pajero” markalı digər maşını vurub. Bu günYasamal rayonunun İnşaatçılar metrosuna yaxın ərazisində də belə hadisə qeydə alınıb. “Mersedes” markalı minik avtomobilini daşıyan 90-JM-007 dövlət nömrə nişanlı evakuator avtomobili yolda aşırıb.
Son xəbərlər
Son Xəbərlər