Evdə 54 yaşlı kişinin meyiti tapıldı

evde-54-yasli-kisinin-meyiti-tapildi
Oxunma sayı: 714

Bakıda mənzildə meyit taplıb.

"Qafqazinfo" FHN-in saytına istinadən xəbər verir ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1963-cü il təvəllüdlü Məmmədov Rəfail Təvəkkül oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.