Evdə işləyən usta naməlum səbəbdən öldü

evde-isleyen-usta-namelum-sebebden-oldu
Oxunma sayı: 2229

Mindəçevirdə evdə işləyən usta naməlum səbəbdən ölüb. “Qafqazinfo”nunməlumatına görə, hadisə şəhərin Cəmil Əliyev küçəsində qeydə alınıb.

Belə ki, adıçəkilən küçədə fərdi evlərin birində təmir işləri aparan 1954-cü il təvəllüdlü Ağdaş rayon sakini Abbasov Məhəmməd Həsrət oğlu naməlum şəraitdə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli