Evdə keçirilən toya çox adam çağırdılar, cərimələndilər

evde-kecirilen-toya-cox-adam-cagirdilar-cerimelendiler
Oxunma sayı: 2676

Ucarda karantin rejimi qaydaları ilə bağlı tədbirlər nəticəsində rayonun Rəstəcə, Qazyan və Qarabörk kəndlərində yerləşən 3 fərdi yaşayış evində keçirilən toy məclislərində pandemiya tələblərinin pozulduğu və normadan artıq qonağın iştirak etdiyi aşkarlanıb.

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, qayda pozuntularına yol vermiş ev sahiblərinə mövcud qaydalar haqqında geniş məlumat verilib və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.