Evdə köməksiz qalan 2 azyaşlı xilas edildi

evde-komeksiz-qalan-2-azyasli-xilas-edildi
Oxunma sayı: 1572

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qusar rayonunda 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri giriş qapısını açıb və azyaşlıları aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.