Evdə köməksiz qalmış şəxsin cəsədi tapılıb

evde-komeksiz-qalmis-sexsin-cesedi-tapilib
Oxunma sayı: 686


“Qafqazinfo” FHN-in saytına istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə qonşu mənzilin eyvanından keçərək daxil olublar. Mənzilə baxış keçirilərkən Y.Babayevin cəsədi aşkar edilərək aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 03:21-də başa çatıb.