Evdə nişan edənlər saxlanıldı - Foto

evde-nisan-edenler-saxlanildi
Oxunma sayı: 1981

Goranboy rayonunda gizli nişan mərasimi keçirmək istəyən şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, avqust ayının 13-də RPŞ-yə rayon ərazisindəki fərdi yaşayış evlərinin birində nişan mərasimi keçirilməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gələrək nişan mərasimini dayandırıb, mərasim iştirakçıları saxlanılaraq rayon Polis Şöbəsinə gətirilib.

Şöbədə aparılan müvafiq araşdırmalarla məlum olub ki, rayon sakini Elşən Qocayev qohumlarını dəvət edərək övladı üçün nişan mərasimi keçirmək istəyib.

Məclis iştirakçıları barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.