Evdə partlayış oldu – - Qonaqlar yaralandı

evde-partlayis-oldu-
Oxunma sayı: 1546


DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə mart ayının 31-də saat 23 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində baş verib. Ofeliya Məmmədovanın yaşadığı evdə təbii qazın sızmasından ani partlayış olub, dağıntı olmayıb. O.Məmmədovanın yanıq xəsarəti alan qonaqları, Xaçmaz rayon sakinləri Ayaz Bəşirov və Ruhəddin Kərimov xəstəxanaya yerləşdirilib. 

Murad Əhməd