Cəlilabad rayonunda yaşayış evində partlayış baş verib.
Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə martın 15-də Cəlilabad rayonunun Privolnoye kəndində qeydə alınıb. Kənd sakini Muxtar Rzayevin evində məişətdə istifadə edilən qaz balonunun nasazlığından ani partlayış baş verib. Nəticədə yanıq xəsarəti alan M.Rzayev, arvadı Nərmin, qohumları J.Rzayeva, A.Rzayeva və Ü.Əsgərova xəstəxanaya yerləşdiriliblər.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər