“Evdə qalaq, bostan əkək, ekoloji təmiz məhsul yetişdirək” - Foto

evde-qalaq-bostan-ekek-ekoloji-temiz-mehsul-yetisdirek
Oxunma sayı: 2619

Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri sırasında Füzuli Rayon İcra Hakimiyyəti maraqlı təşəbbüslə çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış “Evdə qalaq, bostan əkək, ekoloji təmiz məhsul yetişdirək” adlı maarifləndirici izahat işlərinə start verilib. Bu məqsədlə İcra Hakimiyyəti əməkdaşları yerli inzibati ərazi dairəsi üzrə nümayəndəliklər və bələdiyyələrlə birgə rayonun işğaldan azad edilmiş ərazilərində əhali arasında maarifləndirici söhbətlər aparırlar.

Rayon İcra Hakimiyyəti tərəfindən müəyyənləşdirilmiş qrafik əsasında ərazi üzrə fərdi təsərrüfatlara baxış keçirilir, sakinlərlə fərdi şəkildə söhbətlər aparılır, məşğulluqlarını düzgün qurmaları istiqamətində tövsiyələr verilir.