Evdə sosial-məişət xidməti göstərilən şəxslərin sayı açıqlandı

evde-sosial-meiset-xidmeti-gosterilen-sexslerin-sayi-aciqlandi
Oxunma sayı: 848

“Bu gün ölkəmizdə hər bir yaşlı, ahıl şəxs dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunub. Hazırda Sosial Xidmətlər Agentliyi tərəfindən 4742 vətəndaşa evdə sosial-məişət xidməti göstərilir. Onlardan 4190 nəfəri ahıllardır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov deyib.

O bildirib ki, ahıl şəxslərin sosial xidmətlərlə təminatı da həyata keçirilir:

“Hazırda Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində 190 nəfər ahıl şəxs yaşayır. Son illərdə bu sosial xidmət müəssisəsində müasir tələblərə uyğun şərait yaradılıb. Müəssisənin sakinlərinin hər birinə fərdi yanaşılır və onlar burada xüsusi qayğı mühiti ilə əhatə olunurlar”.