“Evdə tək”in çəkildiyi malikanədə bu qiymətə qalmaq olar - Fotolar

evde-tekin-cekildiyi-malikanede-bu-qiymete-qalmaq-olar
Oxunma sayı: 10683

Dünyaca məşhur “Evdə tək” filminin çəkildiyi malikanə “Airbnb” saytında icarəyə çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, evin icarəyə verilməsinə dair elan filmin əsas qəhrəmanı Kevinin qardaşı Baz Makkalisterin adından yerləşdirilib. 

Dekabrın 7-dən etibarən evi icarəyə götürmək mümkün olacaq. Bununla belə, evi yalnız bir gün, 12 dekabr üçün icarəyə götürmək orada qalmaq mümkündür.

İcarə maksimum 4 nəfər üçün nəzərdə tutulub. Evin icarə haqqı isə 25 dollar olaraq göstərilib.