Evdə uşaq dünyaya gətirən ana öldü- - Azərbaycanda

evde-usaq-dunyaya-getiren-ana-oldu-
Oxunma sayı: 3657

 

Belə ki, hamiləliyinin 7-ci ayını yenicə tamam etmiş qadının kəskin sancıları tutub və o, ev şəraitində oğlan uşağı dünyaya gətirib. Bir neçə saat sonra isə qadının vəziyyəti pisləşib və o dünyasını dəyişib.

 Ailə üzvlərinin dediyinə görə, maddi vəziyyətləri yaxşı olmadığından qadın hamiləlik müddətində həkim nəzarətində olmayıb və övladını köhnə qaydalarla ev şəraitində dünyaya gətirib. N.Əzizova daha əvvəl 2 dəfə övlad dünyaya gətirib ki, həmin uşaqlar da evdə həyata göz açıb.

 Ölüm faktı ilə bağlı araşdırma aparılır.