Evdə sosial-məişət xidməti göstərilən tənha ahıl və əlilliyi olan vətəndaşların sayı 4941 nəfərdir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov ötən ilin yekunları və qarşıda duran hədəflərə dair mətbuat konfransında bildirib.
O qeyd edib ki, onlardan 3885 nəfəri qadın, 1056 nəfəri kişidir: “Həmin vətəndaşlardan 4326 nəfəri ahıl, 615 nəfəri isə 70 yaşdan aşağı olan tənha yaşayan şəxsdir. Evdə sosial-məişət xidməti göstərilən 4941 vətəndaşın 821 nəfəri əlilliyi olan şəxslərdir”.
Agentlik sədri, həmçinin əlavə edib ki, hazırda 739 sosial xidmətçi və 27 sosial agent həmin şəxslərə evdə sosial-məişət xidməti göstərir.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər