Bir neçə aylığında sürüsünü itirən fil balası sığınacaqda özünə yeni ana tapıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Moyo adlı bala bil baxıcısının yanından bir an belə ayrılmır.
“Vəhşi həyat” sığınacağının təsisçisi Roksi Dankverts Moyo adı verdikləri bala fili tapanda vəziyyətinin elə də yaxşı olmadığını deyib. Yaxşı bəslənən Moyo tez bir zamanda inkişaf etməyə başlayıb və həyatını qurtaran baxıcısını anası kimi qəbul edib: “Məni səsimdən və qoxumdan tanıyır. Səsimi eşidən kimi harada olduğumu bilir və tez yanıma gəlir. Demək olar ki, bütün günü birlikdə keçiririk, məni tapmayanda narahat olur, ətrafı dağıtmağa başlayır”.
Hazırda 14 aylıq olan Moyo getdikcə böyüdüyü üçün onların birlikdə yaşaması çətinləşir. Bu səbəbdən yaxın zamanlarda fil balası sığınacaqdan ayrılıb təbiətdə sərbəst buraxılacaq. Roksi bu qərarın fil üçün daha uyğun olduğunu bildirib.
Günel Hacı



Son xəbərlər
Son Xəbərlər