Evdəki yanğında 1 nəfər xəsarət aldı

evdeki-yanginda-1-nefer-xesaret-aldi
Oxunma sayı: 1259

Sabirabad rayonunun Qaratəpə kəndində yanğın olub. 

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 104 m² olan tikintisi başa çatmayan kürsülü birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 24 m² sahədə, 1 otağının tavanı 10 m² sahədə və döşəməsi 3 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.