Evdən 14 min manat dəyərində qızıl oğurlanıb- - Gəncədə

evden-14-min-manat-deyerinde-qizil-ogurlanib-
Oxunma sayı: 1042


“Qafqazinfo” Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 54 yaşlı Adil Vəliyev idarəyə müraciət edərək bildirib ki, yanvarın 4-də saat 23:00 radələrində evdə olmadığı zaman naməlum şəxs və ya şəxslər yaşadığı evin pəncərəsinin dəmir barmaqlıqlarını kəsib evə daxil olublar. Oğrular mənzildən 14 min manat dəyərində qızıl-zinət əşyaları, 2 min 300 ABŞ dolları və 1000 manat pulu aparıblar. 

Oğurluq edən şəxslərin kimliyini müəyyən etmək məqsədi ilə Gəncə şəhər Baş Polis İdarəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.