Bakıda evdən külli-miqdarda qızıl oğurlanıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Binəqədi rayonunda baş verib. Biləcəri qəsəbəsi A.Zeynallı küçəsində yaşayan 1966-cı il təvəllüdlü Rəşid Muxtarov evindən oğurluq edilməsi barədə hüquq-mühafizə orqanlarına müraciət edib. O bildirib ki, bir neçə gün öncə gündüz saatlarında mənzilindən oğurluq edilib.
R.Muxtarov deyib ki, evdə heç kimin olmadığı 4 saat ərzində naməlum şəxs açar seçmə yolu ilə mənzilə daxil olaraq oradan 20 min manat dəyərində qızıl zinət əşyaları oğurlayıblar. Araşdırma aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər