Evdən 27 minlik mebel oğurladılar

evden-27-minlik-mebel-ogurladilar
Oxunma sayı: 3632

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıb. 

“Qafqazinfo” xəbər verir ki, Nərimanov rayonunda müvafiq polis şöbəsinin  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxslər saxlanılıb. 

Məlum olub ki, evlərin birindən 27240 manat dəyərində mebel və məişət əşyaları oğurlamaqda ittiham olunan Bakı şəhər sakinləri, əvvəllər məhkum olunan R.Məmmədov və M.Qasımov saxlanılıb.