Evdən 4 minlik qızıl oğurlanıb

evden-4-minlik-qizil-ogurlanib
Oxunma sayı: 768

Tovuzda evdən pul və 4 min manatlıq qızıl oğurlanıb.

“Qafqazinfo”nun məlumatına görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mayın 25-də rayon ərazisindəki evlərin birindən 550 manat və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakinləri - əvvəllər məhkum olunmuş İ.Məmmədov və A.Məmmədov saxlanılıb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə İ.Məmmədovun evindən 460 qram marixuana aşkar edilərək götürülüb.