Evdən çıxan 17 COVID-19 xəstəsi saxlanılıb

evden-cixan-17-covid-19-xestesi-saxlanilib
Oxunma sayı: 1126

Şənbə və bazar günlərində respublika ərazisində 17 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, onlarla izahedici söhbətlər aparılıb, tibbi prosedurları gözlənilməklə yaşadıqları evə qaytarılıblar.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 2 nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.