Evdən çıxan iki koronavirus xəstəsi vəfat edib

evden-cixan-iki-koronavirus-xestesi-vefat-edib
Oxunma sayı: 2887

Daxili İşlər Nazirliyi dünən evdən çıxan koronavirus xəstələri ilə bağlı məlumat yayıb.

“Qafqazinfo”ya daxil olan məlumata görə, ötən gün polis əməkdaşları tərəfindən yaşadığı yeri tərk edən 27 nəfər müəyyən olunub. Onlardan 25 nəfəri evə qaytarılıb, 20 nəfər barəsində cinayət işi başlayıb. İki nəfər ağır xəstə isə həyatını itirib.

Pandemiya dövründə aktiv koronavirus xəstələri sosial təcrid, özünü təcrid tədbirlərinə ciddi əməl etməlidir.