Evdən içində külli miqdarda pul olan seyf oğurlandı

evden-icinde-kulli-miqdarda-pul-olan-seyf-ogurlandi
Oxunma sayı: 2192

Bakıda evdən seyf oğurlanıb. 

“Qafqazinfo” xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. 

Rayon ərazisindəki evlərin birindən içərisində 11.700 ABŞ dolları olan seyf aparılıb. 

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini S.Tağıyev saxlanılıb.