Evdən pul və qızıl oğurlandı

evden-pul-ve-qizil-ogurlandi
Oxunma sayı: 739

Bakıda evdən pul və zinət əşyaları oğurlanıb. 

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Sabunçu qəsəbəsində qeydə alınıb. 

Belə ki, qəsəbənin Y. Saratov küçəsində yaşayan 1966-cı il təvəllüdlü Nailə Hüseynovanın evinin pəncərəsinin dəmir barmaqlığı açılıb və evə daxil olma yolu ilə 2000 manat, habelə 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. 

Fakta bağlı hüqquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.