Lənkəran şəhər ərazisində iki evdən oğurluq edilib.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, şəhər sakinləri Anar Liftiyev və tanışı Farid Bəşirov Lənkəran şəhəri M.M.Axund küçəsindəki fərdi yaşayış evlərindən birinə gizli yolla daxil olaraq oradan 2000 manat dəyərində məişət əşyalarını oğurlayıblar.
Onların həmçinin şəhərin Z.Əliyeva küçəsindəki evlərdən birindən də 1500 manat dəyərində məişət əşyalarını oğurladıqları müəyyən olunub.
Saxlanılan hər iki şəxs istintaqa təhvil verilib və oğurlanmış əşyaların bir qismi onlardan maddi sübut kimi götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər