Evdən qızıl oğurlayan qadın saxlanılıb

evden-qizil-ogurlayan-qadin-saxlanilib
Oxunma sayı: 2302

Bərdə rayon sakini E.Vəliyevin evindən xeyli sayda qızıl-zinət əşyaları və 300 ABŞ dolları məbləğində pulu oğurlanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, oğurluq əməlini törətməkdə şübhəli bilinən Yevlax şəhər sakini S. Nadirova saxlanılıb. Oğurlanmış 4 ədəd qızıl üzük, 2 cüt qızıl sırğa, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl saat və 1 ədəd qızıl lirə maddi sübut kimi götürülüb. Dindirilmə zamanı S. Nadirova törətdiyi cinayət əməlini etiraf edib.  

Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.