“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Masallı rayon sakini 1995-ci il təvəllüdlü Mirəkbər Məmmədov kirayədə yaşadığı R.Rüstəmov küçəsində yerləşən evə gəldiyi zaman ev sahibi 1968-ci il təvəllüdlü İlham İlyasov onu evə buraxmayıb. M.Məmmədov bıçaqla özünün sol qolunu kəsib. Sonra da Nizami rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edib.
Murad Əhməd