“Evə gələndə döyülürdüm…”

eve-gelende-doyulurdum
Oxunma sayı: 2716

“Ağadadaş müəllimlə toylara gedirdim, pul da qazanırdım. Ailəmə kömək etmirdim, çünki ehtiyac yox idi. Özümə xərcləyirdim”.

Qafqazinfo” xəbər verir ki, bu sözləri Elçin Cəfərov “Gəlin danışaq” verilişinə qonaq olarkən deyib.

Müğənni atasının onu çox döydüyünü qeud edib:

“Sinif uşaqlarımızı karusellərə mindirirdim. Xalçam var idi, pulları onun altına yığırdım, gizlədirdim. Səsim dəyişən ərəfələrdə 1 il özümdə olmadım. Həm xasiyyətim, həm də səsim dəyişirdi. 1 il avaraçılıqla məşğul oldum. Evdə tapılmırdım, evə gələndə də döyülürdüm.

Atam çox döyürdü. Musiqiyə çox bağlı insanam. Səsim batdığı üçün pis idim. Gecələr dostlarımla gəzməyə çıxanda qışqıra-qışqıra oxuyurdum ki, səsim açılsın. O qədər qışqırdım ki, səsim açıldı. Səsimin dəyişən vaxtları məşhur türk müğənnisi Əmrahla görüşdüm. İfam onu ağlatdı”.