Evə girən oğru qadını döydü

eve-giren-ogru-qadini-doydu
Oxunma sayı: 1922

Şəmkir rayonunun Dəllər Cırdaxan kənd sakini C.Hüseynov saxlanılıb.

“Qafqazinfo”  xəbər verir ki, o, kənd ərazisində yaşayan qadının evinə girərək onu döyüb, hədə-qorxu gəlib. Təqsirləndirilən şəxs xanımdan 300 manat pul və qızıl-zinət əşyaları tələb edib. Başlanılan əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən kənd sakini C.Hüseynov saxlanılıb. 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (Hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanıb.