Evə girib içki oğurladılar - Foto

eve-girib-icki-ogurladilar
Oxunma sayı: 1418

Zaqatalada evlərin birindən 2 ədəd televizor və müxtəlif spirtli içkilərin oğurlandığı müəyyən edilib.

“Qafqazinfo”nun DİN-ə istinadən məlumatına görə, oğurluğu törətməkdə şübhəli bilinən şəxslərin əvvəllər məhkum olunmuşlar- Zaqatala rayonu Danaçı kənd sakini 23 yaşlı Hacımurad Adamov və 26 yaşlı Şamaxı rayon sakini Baloğlan Xankişiyev olduğu müəyyən edilib. Onların hər ikisi tutularaq istintaqa təhvil verilib. Oğurladıqları televizorlar satdıqları şəxsdən, spirtli içkilər isə özlərindən maddi sübut kimi götürülüb.

Faktla bağlı həmin şəxslər barəsində cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.