Evə gizli yolla girən dəstə saxlanıldı

eve-gizli-yolla-giren-deste-saxlanildi
Oxunma sayı: 1381

Göygöl rayonunda fevralın 11-də rayonun Yeni Zod kəndindəki evdən oğurluq edən şəxslər saxlanılıb.  

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, rayon sakinləri - 31 yaşlı Xəyal Orucov, 28 yaşlı Elvin  Məmmədov, 35 yaşlı Ərşad İsmayılov və əvvəllər məhkum olunmuş Təbriz İsmayılov həmkəndlilərinin evinə gizli yolla daxil olaraq həyətyanı sahədən 2000 manat dəyərində su mühərrikini və 650 manat dəyərində qaynaq aparatını oğurlayıblar. 

E. Məmmədov, X. Orucov və T.İsmayılov saxlanılaraq istintaqa təhvil verilib. Ə. İsmayılovun yerinin müəyyənləşdirilib istintaqa təqdim edilməsi istiqamətində tədbirlər davam etdirilir.