“Qafqazinfo” ans press-ə istinadən xəbər verir ki, hadisə ötən gecə Marneuli rayonunun Sadaxlı qəsəbəsində Mollaoğlu kəndində baş verib.
4 nəfər maskalı şəxs kənd sakini Mənəfov Tağının evinə basqın edib. Hadisə zamanı evdə olan Tağının həyat yoldaşı və oğlu soyğuncular tərəfindən işgəncələrə məruz qalıb.
Ev sahibi soyğunçulara həyətdə olan maşınını götürüb getməyi təklif etsə də basqın edənlər onların əl-ayaqlarını, ağızlarını bağladıqdan sonra pul və qızıl tələb ediblər. Nəticədə Tağının həyat yoldaşı möhkəm döyülüb, oğlunun başına silah dirənib.
Quldurlar evdə olan 9000 lari (təxminən 5000 manat) və qızıl-zinət əşyalarını aparıb. Ailə üzvləri hadisədən şok yaşayıb. Xoşbəxtlikdən hadisə zamanı ev sahibinin hamilə olan qızı evdə olmayıb. Doğuşla bağlı qız qayınanasıgildə qalıb.
Maskalıların kim olduğu hələlik məlum deyil.
Son xəbərlər
Son Xəbərlər