“Qafqazinfo” xəbər verir ki, günün əsas matçı İtaliya ilə Uruqvay arasında oynanılacaq. Hər iki komandanın aktivində 3 xal var və qələbə növbəti mərhələyə adlamaq üçün ən optimal variantdır. Uruqvay əsas qol ümidi Luis Suarezin gücünə arxalanaraq bugünkü matçı da qalib başa vurmaq istəyir. Lakin İtaliya son dünya çempionu İspaniyanın taleyini yaşamaq istəmir və mundialda bacardığı qədər çox məsafə qət etməyi planlaşdırır.
Bu qrupun digər matçı çempionatın sürpriz komandası Kosta Rika ilə İngiltərə arasında oynanılacaq. Əldə etdiyi nəticələrlə hər kəsi heyrətləndirən Kosta Rikaya bu oyunda heç-heçə də bəs edir. İngiltərə üçün artıq çempionat başa çatıb. Kosta Rika matçı isə sadəcə olaraq formal xarakter daşıyır.
D qrupu
Saat 21:00
İtaliya-Uruqvay
Saat 21:00
Kosta Rika- İngiltərə
İqbal
Son xəbərlər
Son Xəbərlər