Everestdə helikopter qəzaya uğradı - Ölənlər var

everestde-helikopter-qezaya-ugradi
Oxunma sayı: 1597

Nepalda içində 6 nəfərin olduğu helikopter Everest dağından qayıdarkən qəzaya uğrayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Everest dağından paytaxt Katmanduya qayıdarkən radarlardan itən helikopterin qalıqları Lamajura bölgəsində tapılıb.

Bildirilib ki, pilot və 5 əcnəbi turisti daşıyan helikopterin qalıqları arasından 5 nəfərin cəsədi tapılıb, bir nəfər isə hələ də itkindir.

Pilotun Nepal, turistlərin isə Meksika vətəndaşları olduğu bildirilir.

Qeyd edək ki, Everest zirvəsində görmə məsafəsinin azalması, musson yağışları və əlverişsiz hava şəraiti səbəbindən may ayında bölgədə alpinizm mövsümü dayandırılıb, yay aylarında dağlara uçuşlar nadir hallarda baş verir.