Everestə çıxan 2 alpinist yıxılaraq öldü

evereste-cixan-2-alpinist-yixilaraq-oldu
Oxunma sayı: 1057

Everest zirvəsini fəth etməyə çalışan 2 alpinist dağdan yıxılaraq ölüb.

“Qafqazinfo” “Röyters”ə istinadən xəbər verir ki, ölənlər Avstriya və Hindistan vətəndaşlarıdır. Bununla da mayda Everestdən yıxılaraq ölənlərin sayı 6 nəfərə çatıb. 

Qeyd edək ki, hər il Everestdən yıxılaraq ölənlərin sayı durmadan artır. Cari illə müqayisədə əvvəllər bu rəqəm 10-u keçmirdi.