“Everton”u o çalışdıracaq

evertonu-o-calisdiracaq
Oxunma sayı: 1727

“Everton” klubunun yeni baş məşqçisi bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda İngiltərə futbol klubunun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, klubun baş məşqçisi Şon Dayç olacaq.

51 yaşlı ingilislə müqavilə 2025-ci ilin iyun ayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, ingiltərəli baş məşqçi daha əvvəl “Bernli” komandasına rəhbərlik edib. Mütəxəssis iki dəfə, 2018-ci ilin martında və 2020-ci ilin fevralında Premyer Liqada “Ayın meneceri” mükafatını qazanıb.