Əvəz Zeynallı yenidən təcridxanaya köçürüldü

evez-zeynalli-yeniden-tecridxanaya-kocuruldu
Oxunma sayı: 754


“Qafqazinfo” xəbər verir ki, baş redaktorun BİT-na köçürülməsinə səbəb Mətbuat Şurası qarşısında qaldırdığı iddia əsasında Apellyasiya Məhkəməsinin verdiyi qərardan Ali Məhkəməyə etdiyi şikayət olub.

İyulun 21-də Ali Məhkəmənin Məhkəmə Kollegiyası hakim İslam Əliyevin sədrliyilə “Xural” qezetinin Mətbuat Şurasına qarşı qaldırdığı iddia əsasında Apellyasiya Məhkəməsinin çıxardığı qətnamə qüvvədə saxlanılıb.

Bundan sonra Ə.Zeynallı iyulun 23-də axşam saatlarında yenidən cəzaçəkmə müəssisəsinə "etap" olunub.