Əvəzedicilərin çempionatı diviziondan ayrıldı

evezedicilerin-cempionati-diviziondan-ayrildi
Oxunma sayı: 2200

AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda bir sıra qərarlar qəbul edilib. 

AFFA-nın baş katibi Sərxan Hacıyev qərarla bağlı məlumat verib. 

O bildirib ki, Reional Liqasında 3 il çıxış etdikdən sonra birinci divizionda oynamaq haqqında qanun ləğv edildi: "Birinci divizionda çıxış üçün yeni kriteriyalar müəyyənləşdirildi. Növbəti mövsümdən əvəzedicilərin çempionatı ayrıca keçiriləcək. Onlar birinci divizionda mübarizə aparmayacaq. Birinci dəstədə isə 6 komanda var və daha 4 komanda əlavə ediləcək".