“Əvəzolunmaz sevgimizin 12 ili tamam oldu”

evezolunmaz-sevgimizin-12-ili-tamam-oldu
Oxunma sayı: 3341

Əməkdar artist Manana Çaparidze evliliyinin 12 illiyini qeyd edib. “Qafqazinfo” xəbər verir ki, sənətçi həyat yoldaşı Georgi Qabalave və övladları ilə görüntülərini yayıb. 

O, paylaşıma “Əvəzolunmaz sevgimizin 12 ili tamam oldu. Hər gün Allahıma bu hədiyyəni, saf sevgini, ailəmi və ümumiyyətlə hər şeyi mənə bəxş etdiyinə görə, şükür edirəm! Biz öz sevgimizi göz bəbəyi kimi qoruyuruq. Sizə də xoşbəxt həyat arzu edirəm”, deyə şərh yazıb. 

Qeyd edək ki, cütlüyün bu nikahdan David və Yelizabet adlı iki övladı var.