Evi yandırıb balaca qardaşını öldürənə cəza istənildi

evi-yandirib-balaca-qardasini-oldurene-ceza-istenildi
Oxunma sayı: 1284

Bakı Ağır Cinayətlər Məhkəməsində evi yandıraraq balaca qardaşını öldürməkdə təqsirləndirilən 1993-cü il təvəllüdlü Vitali Kolosova cəza istənilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatındakı prosesdə dövlət ittihamçısı çıxış edərək V.Kolosovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hadisə ötən il iyunun 22-də Xəzər rayonunda baş verib. V.Kolosov rayonun Dəmiryol küçəsindəki yerləşən evlərini yandırıb. Yanğında anası, 1959-cu il təvəllüdlü Soloveykina Nina İvanovna və 16 yaşlı qardaşı Soloveykin Vadim Vladimiroviç müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. İyunun 24-də V.Soloveykin dünyasını dəyişib.

V.Kolosov isə ifadəsində evi bacısına görə yandırdığını, anası və qardaşının evdə olmasından xəbərsiz olduğunu deyib.

Murad Əhməd