O bildirib ki, bir həftə əvvəl yaşadığı ünvanda yanğın olub: “Yanğın zamanı evim qəzalı vəziyyətə düşüb. Evin dam örtüyü yararsız haldadır. Hər an uça bilər. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da evin qəzalı vəziyyətdə olduğunu təsdiqləyib. Amma bir həftədir ki, nə icradan, nə də FHN-dən gəlib bizlə maraqlanan yoxdur. Qohumların evində qalmışıq. Qorxumuzdan orada yaşaya bilmirik. Aidiyyatı qurumlardan bu məsələnin həll edilməsini istəyirik”.
Xatırladaq ki, iyun ayının 13-də Səbail rayonunda üçmərtəbəli yaşayış binasının çardaq hissəsində yanğın baş vermişdi. Yanğın zamanı üçmərtəbəli yaşayış binasının damında tikilmiş vətəndaşa məxsus ümumi sahəsi 75 kv.m olan dəhlizin, mətbəxin və sanitar otağının yanar konstruksiyaları 42 kv.m sahədə yanıb. Yüksək temperaturdan tavan 35 kv.m sahədə qarsalanıb. İki otaq yanğından mühafizə olunub.
Son xəbərlər
Son Xəbərlər